Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə final yarışları başa çatıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisi (Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzan) əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.
Komanda bu hərəkətlərə əsasən hakimlər tərəfindən 66.450 xalla qiymətləndirilib və yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticədir.
***
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb.
“İki sahil” xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalarla bacarığını göstərib.
Komandamız 34.850 xala layiq görülüb.
Qeyd edək ki, "Paris-2024" avqustun 11-də başa çatacaq.