10 avqust 2024 15:27
692

"Paris-2024": Hacı Əliyev 1/4 finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Paris-2024"-də 1/4 finalda Macarıstan təmsilçisi, dünya və Avropa çempionu İsmail Muszukayevlə mübarizə aparıb.

“İki sahil” xəbər verir ki, Hacı 3:10 hesabı ilə məğlub olub.

Xatırladaq ki, üçqat dünya, dördqat Avropa çempionumuz, Rio-2016-nın bürünc, Tokio-2020-nin gümüş mükafatçısı olan idmançımız 1/8-də meksikalı Ostin Qomesi məğlub edib - 7:0.