10 avqust 2024 14:30
490

İFFHS klubların reytinqini açıqlayıb

Beynəlxalq Futbol Statistikaları və Tarixi Federasiyası (İFFHS) klubların yeni futbol reytinqini açıqlayıb.

“İki sahil” qurumun saytına istinadən xəbər verir ki, siyahıda 503 klubu yer alıb. Azərbaycan bu sıralamada 4 komandası var.

Ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası 197,25 xalla 34-cüdür. Komanda əvvəlki siyahıya nisbətdə 5 pillə irəliləyib.

"Zirə" sıçrayış edib. Rəşad Sadıqovun komandası 81 pillə irəliləyib. Paytaxt klubu 76,25 xalla 280-cidir.

“Sabah” 3 pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən “Neftçi” 57 xalla 431-cidir.

Qeyd edək ki, siyahıya 371 xalla “Real” liderlik edir.