Misli Premyer Liqasında 2-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək. Oyun saat 18:45-də başlayacaq.
21:00-da isə "Neftçi" "Səbail"in qonağı olacaq. Bu görüş isə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq
Misli Premyer Liqası,
2-ci tur
10 avqust (şənbə)
18:45. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”
21:00. “Səbail” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev
“ASCO Arena”