09 avqust 2024 20:02
519

"Çelsi" onu 63 milyon avroya alır

"Vulverhempton"un  vingeri Pedro Neto 60+3 milyon avroya "Çelsi"yə keçəcək. 

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.

60 milyon avro sabit məbləğ, daha 3 milyon avro isə əlavə ödənişlər şəklində ödəniləcək. Netu tezliklə London klubunda tibbi müayinədən keçəcək.

Ötən mövsüm Netu bütün yarışlarda 24 matçda iştirak edib və bu matçlarda 3 qol vurub, 11 qolun ötürməsini verib.