Uçuş bir çox insanlar üçün əsəb pozucu təcrübə ola bilər. Lakin yeni bir araşdırma göstərir ki, kommersiya hava səyahətləri hər on ildən bir ölüm riski iki dəfə azalmaqla daha təhlükəsiz olur.
Massaçusets Texnologiya İnstitutunun (MİT) tədqiqatçılarının hesabatına görə, 2018-2022-ci illərdə dünya üzrə hər 13,7 milyon sərnişinə düşən ölüm nisbəti böyük irəliləyişlə azalıb.
1968-1977-ci illərdə hər sərnişinə düşən ölüm halları 350 min minməyə 1 idi.
"Aviasiya təhlükəsizliyi yaxşılaşmağa davam edir", -deyən MIT professoru Arnold Barnett "Hava Nəqliyyatı Menecmenti" jurnalında dərc olunan araşdırmanın həmmüəllifi olaraq, ölüm şansının "hər on ildə iki dəfə azalmağa davam etdiyini" əlavə edib.
Barnett tendensiyanı "Mur qanunu" ilə müqayisə edib. Mur qanunu “Intel”in yaradıcısı Qordon Murun çiplərin hesablama gücünün təxminən hər 18 aydan bir iki dəfə artdığına dair məşhur proqnozudur.
Birləşmiş Ştatlarda son böyük kommersiya aviaşirkəti fəlakəti 2009-cu ildə “Colgan Air”in 3407 reysinin qəzaya uğraması və 50 nəfərin ölümü ilə nəticələnmişdi.
Hava nəqliyyatının təhlükəsizliyi baxımdan ən yüksək səviyyəyə ABŞ, Avropa Birliyi ölkələri və Monteneqro, Norveç, İsveçrə və Böyük Britaniya daxil olmaqla digər Avropa ölkələri daxildir. Bu qrupu Avstraliya, Kanada, Çin, İsrail, Yaponiya və Yeni Zelandiya tamamlayır.
İkinci səviyyədə Bəhreyn, Bosniya və Herseqovina, Braziliya, Bruney, Çili, Honq Konq, Hindistan, İordaniya, Küveyt, Malayziya, Meksika, Filippin, Qətər, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Tayvan, Tayland, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.
Dünyanın qalan ölkələri üçüncü pilləyə düşür. Həvəsləndirici haldır ki, bu ölkələrdə ölüm riski müqayisədə daha çox olsa da, 2018-2022-ci illər ərzində onların təyyarəyə minmə başına hava səyahətləri zamanı ölüm halları da təxminən yarıya enib.
Nubar Süleymanova, “İki sahil”