Çin qəribə möcüzələrlə dolu ölkədir. Onlardan biri tərk edilmiş 597 metrlik göydələndir.
Çinin Tianjin şəhəri haqqında çoxlarımız məlumatsız olsaq da, bu, nəhəng bir limandır və çox böyük əhalisi olan Çinin yeddinci ən böyük metropoludur. Məhz orada hələ 2008-ci ildə hündürlüyü təxminən 600 metr olan “Goldin Finance 117” biznes mərkəzinin tikintisinə başlanıldı. Bina elə tikintisi zamanı artıq planetin beşinci ən hündür binasına çevrildi.
Ancaq tikinti müddəti uzandı və davamlı ola bilmədi. Əvvəlcə maliyyə böhranı başladı, tikinti dayandırıldı. Sonradan tikinti işləri davam etdirilsə də, təkrar donduruldu. “Goldin Finance 117”nin sahəsində tikinti işçiləri sonuncu dəfə 2015-ci ildə görülüb.
Nubar Süleymanova, “İki sahil”