Bentley mikroskopik kvadrokopterə çevrilmiş funksional loqotipi patentləşdirib.
Premium brendlər daim öz avtomobilləri üçün yeni funksiyalar axtarır və Bentley də istisna deyil. Britaniya şirkəti tərəfindən verilən patent ərizəsində kapotun ön hissəsindəki yuvadan səmaya uçacaq, çəkisi 250 qramdan çox olmayan miniatür kvadrokopter təsvir edilib.
Sürücü Bentley dronundan pulsuz parkinq yeri tapmaq, tıxacların qarşısını almaq üçün alternativ marşrutlar yaratmaq və ya qəza barədə təcili xidmətlərə məlumat vermək üçün istifadə edə biləcək. “AutoGuide” yazır ki, siz təyyarəni smartfondan və ya bort məlumat-əyləncə sisteminin ekranı vasitəsilə idarə edə bilərsiniz,
İstirahət zamanı dron adi emblem rolunu oynayır, çünki arxası qanadlı “B” imzası ilə hazırlanır. Həmçinin, həm dronun özünün, həm də onun buraxılış meydançasının işıqlandırılacağı gözlənilir.
İdeya, əlbəttə ki, cəlbedicidir, ancaq vızıltılı “atəşböcəyi” istənilən səviyyəli oğrular üçün arzuolunan “ov” olacaq.
Nubar Süleymanova, “İki sahil”