09 avqust 2024 15:10
581

“Paris-2024”: Turan Bayramov ilk görüşdə məğlub olub

Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

“İki sahil” xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov (74 kiloqram) 1/8 finalda albaniyalı Çermen Vəliyevi sınağa çəkib.

Güləşçimiz ilk hissədən sonra hesabda öndə olsa da, ikinci hissədə üstünlüyü əldən verərək məğlub olub - 3:4.

Daha əvvəl Giorgi Meşvildişvili (125 kiloqram) misirli Diaeldin Əbdülmüttəlibə qalib gələrək 1/4 finala adlayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.