08 avqust 2024 23:57
586

“Zirə” məğlubiyyətdən son dəqiqədə qurtuldu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, "Opus Arena"da baş tutan matç heç-heçə ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq dəqiq zərbə ilə bərabərliyi təmin edib.