08 avqust 2024 14:44
520

Zöhrə Ağamirova Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

“İki sahil” xəbər verir ki,  23 yaşlı idmançı bu dəfə halqalarla bacarığını göstərib.

Təmsilçimiz 32.500 xala layiq görülüb. Ağamirova növbəti dəfə lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, hələlik 5-ci sıradadır.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.