"Sabah" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Sent-Patriks Atletik"lə səfərdə qarşılaşacaq.
“İki sahil” xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunu İslandiyadan olan hakimlər briqadası idarə edəcək.
"Sabah" İrlandiya klubunu keçsə, pley-offda “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 15-də olacaq.
Konfrans Liqası,
3-cü təsnifat mərhələsi, ilk oyun
8 avqust
22:45. "Sent-Patriks Atletik" (İrlandiya) - "Sabah" (Azərbaycan)
Hakimlər: Vilhjalmur Thorarinsson, Gilfi Mar Siqurdson, Birkir Siqurdarson, Helqi Mikael Conasson (İslandiya)
"Tallayt Stadium", Dublin