Bu gün Azərbaycan komandası "Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiya "Osiyek"inin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matç Yunanıstandan olan hakimlər briqadasına tapşırılıb.
"Zirə" "Osiyek"i keçərsə, pley-offda “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 15-də olacaq.
Konfrans Liqası,
3-cü təsnifat mərhələsi, ilk oyun
8 avqust
22:00. "Osiyek" (Xorvatiya) - "Zirə" (Azərbaycan)
Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillo, Konstantinos Perrakis (Yunanıstan)
"Opus Arena", Xorvatiya.