07 avqust 2024 19:46
494

UEFA Rodri və Moratanı cəzalandırdı

UEFA İspaniya millisinin futbolçuları Rodri və Alvaro Moratanı Avro-2024-də qələbə bayramı zamanı davranışlarına görə bir oyunluq cəzalandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Hadisə iyulun 15-də Madriddə baş verib. Avropa çempionatında qələbə bayramı zamanı futbolçular dəfələrlə “Cəbəllütariq İspaniyadır” şüarını səsləndiriblər. Bununla bağlı Cəbəllütariq Futbol Assosiasiyası UEFA-ya şikayət edib.

İspaniya millisi Avro-2024-ün finalında İngiltərəyə qalib gəlib (2:1).