07 avqust 2024 15:15
1018

Paris-2024: Həsrət Cəfərov yarımfinalda

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“İki sahil” xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.

Görüş idmançımızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.