07 avqust 2024 08:27
458

Bursada tekstil fabrikində yanğın olub

Türkiyədə tekstil fabrikində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Bursansanın Kestel rayonunun Ankara küçəsində yerləşən fabrikdə baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Polis qrupları bölgədə təhlükəsizlik tədbirləri görərkən, xilasetmə qruplarının bir saatlıq müdaxiləsi ilə yanğın söndürülüb.

Yanğının səbəbləri araşdırılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”