06 avqust 2024 23:38
565

Hələ heç nə bitməyib - Abdulla Zubir

“Hələ heç nə bitməyib”.

“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdulla Zubir UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın “Ludaqorets” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, pley-off mərhələsinə vəsiqə qazanacaqlarına inandığını bildirib: “Təəssüf ki, Bakıda məğlub olduq. Bu, futboldur, istənilən nəticə ola bilir. Bununla razılaşmalıyıq. Gələn həftə bəxtimiz gətirəcək və daha çox qol vuracağıq”.

Yarımmüdafiəçi hakim idarəçiliyindən razı qalmadığını söyləyib: “Bəzi epizodlarda bizə daha çox sarı vərəqə göstərilirdi. Ancaq bu barədə danışmaq istəmirəm. Bütün fikrimizi cavab matçına kökləmişik”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.