05 avqust 2024 23:42
557

Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final çıxıb.

“İki sahil” xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı kubalı Mixain Lopes Nunyeslə üz-üzə gəlib.

Rəqibinə 1:4 hesabı ilə məğlub olan Şəriəti qızıl medal qazanmaq şansını itirib.

Qeyd edək ki, təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.