05 avqust 2024 17:06
564

Paris-2024: İsveçrəli triatlonçular qarışıq estafet yarışlarında iştirakdan imtina ediblər

İsveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann Paris Olimpiadasında kişilər arasında qarışıq estafet yarışılarında iştirakdan imtina ediblər.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, idmançılar buna səbəb kimi Sena çayında keçirilən triatlon yarışlarından sonra mədələrində yaranan problemləri göstərib.

Bu, Paris-2024-də ilk belə hal deyil. Bir neçə gün əvvəl belçikalı atlet Kler Mişel də Sena çayında çimdikdən sonra bağırsağına infeksiya düşmüşdü.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.