Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Fələstinə səfər etməməyə çağırıb.
Bu barədə “İki sahil”ə XİN-dən məlumat verilib.
Bildirilib ki, Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur.
"Hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - məlumatda qeyd olunub.
Vüqar Rəhimzadə: Azərbaycan-Qırğızıstan münasibətləri yüksək etimada söykənən müttəfiqlik modelidir
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB