Azərbaycana yeni təyin olunan Litva səfirinin diplomatik fəaliyyətə başlayacağı tarix məlum olub.
“İki sahil” xəbər verir ki, Litvanın Azərbaycandakı yeni səfiri Kyastutis Vaşkelyaviçyusu avqustun 12-də missiyasına başlayacaq.
Qeyd edək ki, yeni diplomatik nümayəndələrin təyinatı keçən il prezidentlə xarici işlər naziri Qabrielius Landsbergis arasında onların namizədliyi ilə bağlı fikir ayrılığından sonra dalana dirənmişdi. Namizədlər mart ayında razılaşdırılıb.
Litvada səfirlər hökumətin təqdimatı və Seymin Xarici Əlaqələr Komitəsinin təsdiqi ilə prezident tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Ötən həftə Prezident Gitanas Nauseda Azərbaycanla yanaşı 12 ölkəyə yeni səfirlərin təyin olunması ilə bağlı qərar imzalayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib