04 avqust 2024 11:57
567

Paris-2024: Triatlonçuların məşqi yenidən ləğv edilib

Paris Olimpiadasında triantlonçuların məşqləri yenidən ləğv edilib.

“İki sahil”  Paris-2024-ün mətbuat xidmətinə istinadla xəbər verir ki, buna səbəb kimi Sena çayında suyun keyfiyyətinin aşağı olması göstərilib.

Paris olimpiadasının təşkilatçılarının bəyanatında suyun yararsız hala düşməsinə leysan yağışların səbəb olduğu bildirilib.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.