“Çıxışımdan razı qalmasam da, iştirak etməyim özü bir tarix idi”.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmiş batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib
O, yarışda həyacanlı olduğunu bildirib: “Bütün yarışlarda bu hissi yaşayırıq. Böyük təcrübə qazandım. Bu cür yarışlarda psixoloji amil də önəmlidir. Ən yaxşı 16 gimnast arasında olmaq fantastik hissdir. Onuncu yeri tutmaq isə özü bir uğurdur. Ümid edirəm ki, “Los Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağam”.