04 avqust 2024 09:03
645

Elnur Məmmədli: Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik

Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Ən böyük sevindirici hal odur ki, Fransanın Paris şəhərində Fransa xalqını, dövlətini himnimizi dinləməyə, bayrağımıza baxmağa vadar etdik. Bu, böyük bir uğurdur. Tarixdə ilk dəfədir ki, iki cüdoçumuz qızıl mükafat qazanıb. Bu uğurun arxasında Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, məşqçiləri, həkimlər var. Hamımız çiyin-çiyinə verib bu uğura nail olmuşuq”, – o qeyd edib.