03 avqust 2024 22:40
608

“Sumqayıt” Misli Premyer Liqasına qələbə ilə başladı

Misli Premyer Liqasında 2024/25 mövsümünün 1-ci tur çərçivəsində “Kəpəz” “Sumqayıt”ın qonağı olub.

“İki sahil” xəbər verir ki, matçın 14-cü dəqiqəsində Səbuhi Abdullazadə hesabıı açıb. 71-ci dəqiqədə isə Rəhim Sadıxov “Sumqayıt”ın üstünlüyünü iki topa yüksəldib.

Yarışda başqa qol vurulmayıb.

Qeyd edək ki, Misli Premyer Liqasının yeni mövsümü ötən gün keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" oyunu (1:4) ilə başlayıb.

Misli Premyer Liqası

1-ci tur

3 avqust (şənbə)

20:45. “Sumqayıt” 2–0 “Kəpəz”

Qollar: Səbuhi Abdullazadə, 14 (1:0), Rəhim Sadıxov, 71 (2:0)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev

VAR: Rauf Cabarov

AVAR: Kamran Bayramov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”