03 avqust 2024 20:32
512

"Neftçi” – “Turan Tovuz” oyununda qolsuz bərabərlik

Misli Premyer Liqasında 2024/25 mövsümünün 1-ci tur çərçivəsində "Neftçi” “Turan Tovuz”u qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, Misli Premyer Liqasının yeni mövsümü ötən gün keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" oyunu (1:4) ilə başlayıb.

Misli Premyer Liqası

1-ci tur

3 avqust (şənbə)

18:30. "Neftçi” 0–0 “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

“Neftçi Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”