03 avqust 2024 11:30
537

Türkiyə Superkuboku: Bu gün qalib bilinəcək

Bu gün Türkiyə Superkubokunun qalibinin adına aydınlıq gələcək.

“İki sahil” xəbər verir ki, Superkubok matçında Superliqanın son çempionu "Qalatasaray" "Beşiktaş"la qarşılaşacaq. Atatürk Olimpiya Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. 

Bu komandalar arasında son görüşdə "Qalatasaray" 1:0 hesabı ilə qalib gəlib.

3 avqust

Türkiyə Superkuboku

21:45. "Qalatasaray" - "Beşiktaş" 

Baş hakim: Atilla Karaoğlan

Atatürk Olimpiya Stadionu