02 avqust 2024 15:37
536

Paris-2024: Azərbaycan gimnastı çıxışını başa vurub

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

“İki sahil” xəbər verir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdində 53.750 xala layiq görülüb.

O, yekunda 16 iştirakçı arasında 10-cu olub. Mahsudova "8-liy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.