ABŞ səfiri Mark Libbi Azərbaycan Əlifbası və Dili Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edilib.
Təbrik videosunda Azərbaycan dili üzrə biliklərini nümayiş etdirən amerikalı diplomat bu dili öyrənməyə Bakıya səfir təyin olunmazdan bir il əvvəl başladığını qeyd edib.
Bundan əlavə, ABŞ diplomatik missiyasının nümayəndələri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan dilinə həsr olunmuş şeirini səsləndiriblər.
Qeyd edək ki, avqustun 1-i respublikada Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır