01 avqust 2024 09:47
495

Bakının 3 rayonunun qazla təchizatında fasilə yaranacaq

Bu gün saat 10:00-dan Bakının Suraxanı, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərinin təbii qazla təchizatında fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, Suraxanı və Binəqədidə, eləcə də “Mərdəkan bağları” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Suraxanı rayonunun Hövsan, Bülbülə və Yeni Suraxanı qəsəbələrində, Bağlar massivində, Binəqədi rayonunun Məlik Aslanov küçəsində və Xəzər rayonunun Mərdəkan yeni yaşayış massivində qaz kəsiləcək.