Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci ilə ATƏT çərçivəsində əməkdaşlığı müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“Nazir müavini səfir Berris Ekinci Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, tərəflər “enerji və nəqliyyat sahələrində əlaqələr və çoxtərəfli platformalarda, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq” ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır