Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da seçki məntəqələrində müşahidə aparacaqlar. Onlar bütün məlumatları Ombudsmana ötürəcəklər.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada deyib.
Ombudsman qeyd edib ki, səsvermənin gedişinə təsir göstərən hallar aşkarlanarsa, bu barədə dərhal məlumat veriləcək: "Bütün seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi bir daha təsdiq edir ki, ölkəmiz hüquq qanunvericiliyi, milli dövlətçiliyin möhkəmləndirilməsi prinsiplərinə sadiqdir".
Səbinə Əliyeva qeyd edib ki, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi bütün məntəqələr də Ombudsman Aparatının nəzarətində olacaq: "Bura Bakıda və bütün regionlarda fəaliyyət göstərən hərbi hissələr, Penitensiar Xidmət müəssisələri və s. aiddir".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır