Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Paris Olimpiadasının açılış mərasimini acınacaqlı tamaşa adlandırıb.
“İki sahil” xəbər verir ki, açılış mərasimində Leonardo da Vinçinin məşhur “Son şam yeməyi” əsərinin parodiyasını iyrənc formada təqdim edilməsinə haqqında danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb: “Fransa (Prezident Emmanuel – red.) Makronun rəhbərliyi altında, çılğın, allahsız bir kütlənin gurultusu ilə üzünü buruşduraraq, korrupsioner qız səviyyəsinə enib. Ayıbdır!”
O, insanları televizorları söndürməyə və internetdəki utanc verici qəribə şounu izləməməyə çağırıb.
Qeyd edək ki, iyulun 26-da Parisdə keçirilən Oyunların açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin təxribat xarakterli parodiyası nümayiş etdirilib. Tamaşa bütün dünyada kütləvi narazılıqla qarşılanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Macarıstan baş nazirinin müavininin partiya sədrliyindən istefası qəbul olunmadı
Tramp: İslamabad görüşünün ləğvi İranla müharibənin yenidən başlaması demək deyil