27 iyul 2024 22:57
784

İtaliyalı nazir və avrodeputat Paris-2024-ün açılış mərasimini tənqid ediblər

İtaliya siyasətçiləri Paris Olimpiadasının açılış mərasimini tənqid ediblər.

Matteo Salvini: “Dəhşətli başlanğıc, əziz fransızlar. Yazıq”

“İki sahil” xəbər verir ki, Baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini “X” sosial şəbəkəsində Parisdə Olimpiya Oyunlarının açılış mərasimi “Dəhşətli başlanğıc” adlandırıb.

Mərasimdə Leonardo da Vinçinin məşhur “Son Şam yeməyi” səhnəsini dünyadakı milyonlarla xristianın təhqiri kimi xarakterizə edən nazir yazıb: “Dünyada milyardlarla xristianı təhqir edərək Olimpiadanı açmaq həqiqətən pis başlanğıc idi, əziz fransızlar”.

Nikola Prokaççini: “Gey parad mərasimini çox bəyəndim. Olimpiadanın nə vaxt keçiriləcəyini bilmirsiniz?”

İtaliyanın hakim “İtaliyanın qardaşları” Partiyasından olan avrodeputat Nikola Prokaççini isə açılış mərasimini biabırçılıq adlandırıb.

O, “X” sosial şəbəkəsindəki paylaşımında kinayə ilə yazıb: “Gey parad mərasimini çox bəyəndim. Olimpiadanın nə vaxt keçiriləcəyini bilmirsiniz?”.