17 iyul 2024 18:11
505

Vodonaevadan 740 min tələb edir

"Dom-2" layihəsində məşhurlaşan teleaparıcı Alyona Vodonaevanın adı yenidən qalmaqalda hallanıb.

“İki sahil” xəbər verir ki, Alyona məhkəməlik olub. İyulun 15-də Moskva Arbitraj Məhkəməsi məşhur bloggerə qarşı iddianı qeydə alıb.

Kamilla Viktorovna Amirqazina adlı qadın Vodonaevaya qarşı iddia qaldırıb. Məlumatlara və sosial şəbəkələrə görə, qadın fotoqrafiya, dırnaq sənəti və manikür ustaları üçün təlimlərlə məşğuldur. Amirqazina Vodonaevadan 740 min rubl (təxminən 14 min manat" tələb edir.

Məhkəmənin səbəbi isə hələ tam açıqlanmayıb.