16 iyul 2024 13:42
353

"Neftçi" Ramil Şeydayevi transfer edib

"Neftçi" klubu yeni transferini açıqlayıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R.Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi "Kocaelispor" olub.