Argentina millisinin baş məşqçisi Lionel Skaloni Amerika Kubokunu qazandıqdan sonra millidəki gələcəyi barədə danışıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o, Argentina Futbol Federasiyası ilə daha uzunmüddətli sözləşmə imzalamaq istədiyini deyib: “Hazırda müqaviləmin bitməsinə iki il qalıb. Futbol federasiyasının prezidentinə deməliyik ki, mənə 15 illik müqavilə təklif etsin. Mən də o müqaviləni imzalayacağam”.
Xatırladaq ki, Skaloni 2018-ci ildə Argentina millisinin baş məşqçisidir. Komanda 2021-ci ildə Amerika Kubokunun, 2022-ci ildə isə dünya çempionatının qalibi olub.
Argentina millisi ötən gün finalda Kolumbiya yığmasını məğlub edərək yenidən Amerika Kubokunu qazanıb.