16 iyul 2024 10:48
295

"Barselona"nın İlkay qərarı

"Barselona" futbolçusu İlkay Gündoğanla bağlı qərar verib.

"İki sahil"ə xarici KİV-ə istinadən xəbər verir ki, türkəsilli almaniyalı yarımmüdafiəçi Kataloniya təmsilçisindən ayrılmaq istəsə, klub buna razılıq verəcək və göndərilən təkliflər dəyərləndirəcək. 

Bildirilib ki, baş məşqçi Hans Diter Flik İlkayla oyunçunun gələcəyi ilə bağlı danışacaq.

Qeyd edək ki, İlkay 2023-cü ildən "Barselona"da oynayır.