15 iyul 2024 15:18
285

Müller milli karyerasını başa vurdu

Almaniya millisinin və "Bavariya"nın hücumçusu Tomas Müller milli karyerasını başa vurduğunu rəsmən açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu Yutub kanalındakı videomüraciətində bildirib.

O deyib: “Ölkəmi təmsil etməkdən həmişə qürur duymuşam. Hamınıza təşəkkür etmək istəyirəm. İndi mən tribunaların pərəstişkarı olacağam”.

Qeyd edək ki, Müller 2010-cu ilin oktyabrında ölkəsinin əsas komandasında debüt edib. O vaxtdan bəri Tomas millinin heyətində 131 oyun keçirib, 45 qol vurub. Hücumçu 4 Avropa çempionatında və 4 dünya çempionatında iştirak edib, 2014-cü ildə dünya çempionu olub. Onun Almaniya millisindəki son oyunu Avro-2024-ün 1/4 finalında İspaniya ilə matç (1:2) olub.