Argentina millisinin yarımmüdafiəçisi Anhel Di Mariya yığmadakı karyerasını başa vurub.
“İki sahil” xəbər verir ki, Amerika Kubokunun finalında Kolumbiya ilə matç (1:0) Di Mariya üçün millidə sonuncu oyun olub.
36 yaşlı futbolçu çempion olduqları görüşdən sonra milli ilə vidalaşmasını da şərh edib: “Milli komandadan belə ayrılmaq mənim arzum idi. Argentina mənim sevgim və ölkəmdir. Hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, hazırda "Benfika"da çıxış edən Di Mariya 2008-ci ildən oynadığı Argentina millisində 145 oyuna 31 qol vurub.