Argentina Amerika Kubokunun final matçında Kolumbiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.
“İki sahil” xəbər verir ki, görüş Mayami Qardensdə (Florida, ABŞ) baş tutub.
Qolu 112-ci dəqiqədə Lautaro Martines vurub. Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi ikinci hissədə zədələnən futbolçu 66-cı dəqiqədə əvəzlənib. Messi meydanı tərk etdikdən sonra göz yaşlarını saxlaya bilməyib.
Argentina millisi 16-cı dəfə Amerika Kubokunun qalibi olub və bu göstəricidə Uruqvay yığmasını (15) üstələyərək, turnirdəki qələbələrin sayına görə rekordçu olub.
Kolumbiya millisi isə bir dəfə - 2001-ci ildə Amerika kubokunun qalibi olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”