İspaniya Futbol üzrə Avropa Çempionatı tarixində indiyədək ən çox çempion olan komandadır.
“İki sahil” xəbər verir ki, ispanlar bu göstəricidə Almaniyanı arxada qolub.
Son 16 turnirdə iki ölkə hər biri üç dəfə çempionluğu bayram etmişdilər. İspaniya bu gün keçirilən oyunda İngiltərəni məğlub edərək tarixində 4-cü dəfə bu kuboku qazanmaqla ən çox çempion olan ölkə oldu.
Daha əvvəl 4 dəfə finalda oynayan ispanlar 1964, 2008 və 2012-ci illərdə xoşbəxt sona çatıb, 1984-cü ildə isə ikinci olmuşdular.
Məhərrəm Ağalaroğlu, “İki sahil”