El arasında belə bir deyim var: “İnsan var ev üçün,insan var el üçün dünyaya gəlir.”
Bir də deyirlər ki,Ulu Tanrı bəşər övladının düçar olduğu sıxıntıdan, üzləşdiyi bəladan xilas olması üçün hər əsrdə ona bir dahi şəxs bəxş edir. Bu baxımdan Azərbaycan xalqı Tanrıya daha yaxın olan xalqdır. Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi belə bir dahi Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev olmuşdur.
XX əsrdə türkdilli xalqların heç vaxt unutmayacağı iki böyük tarixi şəxsiyyəti-Mustafa Kamal Əlirza oğlu Atatürkü və Heydər Əlirza oğlu Əliyevi Tanrının bir millət iki dövlətə bəxş etdiyi nəhəng simalardır. Bu iki nəhəngin,şəxsiyyətin keçdiyi yollarda tale oxşarlıqları da vardır.
Tarixi çiyinlərində yüksəldən bu iki nəhəng türkün adı əbədiyyətə həkk olunub. Düzdür XX əsrdə (1918-ci ildə) ilk dəfə türkdilli xalqların müstəqil dövləti Azərbaycanda qurulub. Əfsusular olsun ki, bu dövlət 23 aydan sonra süqut etdi. Buna səbəb isə yeni qurulmuş dövlətin idarə olunmasında başqa millətlərin nümayəndələrinin çoxluğu və milli kadrların azlığı idi.
Amma 1923-cü ilin oktyabr ayında Əlirza oğlu Mustafa Kamal Atatürk Türkiyə Respublikasını qurdu, qorudu və inkişaf etdirdi. 1923-cü ildə Xalq Partiyasını yaratdı və ömrünün axırına kimi bu partiyanın sədri oldu. Məhz həmin ildə-yəni, 1923-cü ildə bu il 101 illiyini qeyd etdiyimiz Heydər Əlirza oğlu Əliyevin dünyaya gəlişini Yaradanın Azərbaycan xalqına nadir bəxşişi kimi qəbul etmək olar.
Keçən əsrin əvvəllərində Əlirza oğlu Mustafa Kamal Türkiyə dövlətinin müstəqilliyini,əsrin sonunda isə Əlirza oğlu Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyini dönməz etdi. Beləliklə, XX əsrdə bir millətin iki müstəqil dövləti yarandı. Tarixdə baş vermiş heç bir hadisənin üstündən xətt çəkmək olmaz. Onu öyrənmək,təhlil etmək lazımdır və gələcək işlərdə nəzərə almaq məqsədəuyğundur.
Türkiyə və Azərbaycan dövləti arasında dostluq və qardaşlıq telləri həmişə möhkəm olmuşdur. Bu qardaşlıq tellərinin möhkəmliyi Atatürkün sağlığında azərbaycana olan xüsusi münasibətlərdə öz əksini tapmışdır.O dövrdə azərbaycan üçün çox əhəmiyyətli olan Qars və Moskva müqavilələrini məhz Əlirza oğlu Mustafa Kamal Atatürk imzalamışdır.
Təxminən 70 il sonra AXC-Müsavat iqtidarı Naxçıvan Muxtar Respublikasının statusunun ləğv edilməsini istəyirdi. Ermənilər isə Naxçıvanı da işğal etməyə çalışırdılar. O vaxt Naxçıvan MR-nın Ali Məclisinin sədri işləyən Əlirza oğlu Heydər Əliyevin 1992-ci ilin mart ayında Türkiyəyə səfəri zamanı Qars-Moskva müqavilələrinə dayaqlanan “Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır” müddəası bir daha gündəmə gətirildi. O vaxt Türkiyənin baş naziri olan Süleyman Dəmirəl bəyan etdi ki, Qars və Moskva müqavilələrinə görə Naxçıvan MR statusunda bir dəyişiklik edilərsə, Türkiyə burada söz sahibidir.
Ulu Öndərin Novruz bayramı ərəfəsində Türkiyəyə gedərək həmin müqaviləni bir daha yada salması çoxlarına dərs oldu.Yerli əhalinin isə ümidini artırdı,sevincinə səbəb oldu.Burada möhtərəm prezidentimizin bir kəlamı yada düşür: ”Heydər Əliyev naxçıvanlıları, naxçıvanlılar da Heydər Əliyevi qorudu.”
Ümumiyyətlə, Heydər Əliyevin dövlət quruculuğunda, müstəqilliyimizin əbədiləşdirilməsində və digər taleyüklü məsələlərin həllində atdığı belə addımların böyük tarixi əhəmiyyəti olmuşdur. Azərbaycan xalqı üçün canından keçməyə hazır olan Ulu Öndər Azərbaycanımızın çiçəklənməsinə,inkişafına,müstəqil olmasına,müstəqil olduqdan sonra isə onun əbədi olmasına nail olmaq üçün nəinki illəri,günləri,saatları,hətta dəqiqələri və saniyələri belə hədər keçirməmişdir.O,həyatını vətəninə,torpağına,xalqına həsr etmişdir və həmişə də Azərbaycanlı olması ilə fəxr etmişdir.SSRİ adlanan bir inperiyanın fəxri kürsüsündə əyləşdiyi və fəaliyyət göstərdiyi zamanlarda belə onu Azərbaycana məhəbbəti,azərbaycançılıq hissləri bir anda olsa belə tərk etməmişdir. Vətəninə,xalqına,millətinə məhəbbət,müstəqil Azərbaycan Respublikasına hədsiz məhəbbət onun həyatının mənası idi,məzmunu idi.Müstəqil Azərbaycanımızın varlığını bütün dünyaya bəyan etdi.
Adı müasir tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyev “Lliderlərin Lideri” idi. Liderlərin lideri olmaq üçün o hərtərəfli təhsil almışdır.Naxçıvan Pedoqoji Texnikumunda müəllimliyin sirlərini, Azərbaycan Sənaye İnustutunun memarlıq fakültəsində memarlığın sirlərini,Azərbaycan Dövlət Universiteində tariximizi,Leninqradda xüsusi ali təhsilin sirlərini yüksək səviyyədə mənimsəmişdir.Onun həyat yolu Şərqdən başladı və Qərbin siyasi təfəkkür mərkəzlərindən keçdi.Müasir dünyanın ən böyük siyasətçiləri - nüfuzlu Amerika analitikləri,Avropa parlamentariləri,görkəmli dövlət xadimləri onu dəstəklədi,onun görüşünə gəldilər. Zaman Əlirza oğlu Heydər Əliyev siyasətinin alternativi olmadığını sübut etdi. ”Liderlərin Lideri” Ulu Öndərin siyasətinin hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsini xalqımız aydın görür və onun ətrafında sıx birləşir.
Ulu Öndərin layiqli davamçısı olan İlham Əliyev cənabları onun qurub-yaratdığı dövləti daha da möhkəmləndirmişdir. Azərbaycanın müasir tarixi səhnəsinə yeni bir lider gəlmişdir. Atalar demişkən”Ot kökü üstə bitər.” Yeni əsrin yeni Lideri-xalqın inandığı Lider İlham Əliyev cənabları da dünya siyasətçilərinin qəbul etdiyi ictimai xadimdir,alternativsiz liderdir.
Ulu Öndərin dediyi kəlamlar öz təsdiqini artıq tapmışdır.
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq. Ali Baş Komandanımız İlham Əliyev “Ata vəsiyyətini yerinə yetirdi”!
Atasının ruhu və bu yolda ona dayaq olan şəhidlərimizin ruhu şad oldu. Şəhid ölməz! Vətən Bölünməz! Müstəqil Azərbaycanımızda daim yaşar zirvəsinə çatıb! Ulu Öndərimizin, Ali Baş Komandanımızın və bu yollarda şəhid olan vətənpərvərlərimizin adı əbədi olaraq qızıl hərflərlə tarixə düşdü. İnşallah yaxın gələcəkdə Ali Baş Komandanımız babasınında ruhunu şad edəcək və babasının qəbrini ziyarət edəndə deyəcək: “ Ruhun şad olsun baba məzarında azaddır”! Təkcə onun babasının yox, bütöv Azərbaycanda dünyasını dəyişən, məzarı işğalda olan vətəndaşlarımızında ruhu şad olasaq inşallah.
Tamilla Naibova,
Azərbaycan Dövlət Neft Akademiyasının dosenti,
kimya elmləri üzrə fəlsəfə doktoru,
Əməkdar müəllim