13 iyul 2024 20:36
385

"Neftçi" ilk yoxlama matçında qələbə qazanıb

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.

Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.