“Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər. Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Təbii ki, hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik”.
“İki sahil” xəbər verir ki, bunu klubun mətbuat xidmətinə “Arar-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyev deyib.
Mürəxəssis komandanın düşərgəsinə Türkiyədə qoşulan Benny və Felipe Santosla bağlı da danışıb: “Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alırlar. Durumları qənaətbəxşdir. Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacaqlarına inanırıq”.
E. Baxşıyev zədə və ya hansısa səbəbdən kənarda qalan futbolçunun olub-olmadığına da aydınlıq gətirdi: “Zədə üzündə Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi. Buna görə də komanda ilə birgə Erzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçirlər”.
Qeyd edək ki, hazırlıq çərçivəsində “Araz-Naxçıvan” iyulun 16-da “Alanyaspor”la yoxlama oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Bundan sonra daha 2 matçda gücünü sınayacaq naxçıvanlılar iyulun 25-də Bakıya dönəcək.
Xatırladaq ki, “Arar-Naxçıvan” təlim-məşq toplanışını Türkiyənin Erzurum şəhərində davam etdirir. İyulun 10-dan etibarən qardaş ölkədə olan komandanın yeni transferlər Benny və Felipe Santos da “qırmızı-ağlar”ın düşərgəsindədir.