13 iyul 2024 14:34
354

Türkiyədə son 53 ilin ən isti iyun ayı yaşanıb

Türkiyədə keçən ay orta temperatur son 53 ilin ən isti iyun ayı olaraq qeydə alınıb. İyun ayında ən aşağı temperatur 1,6 dərəcə ilə Ərzurumda, ən yüksək temperatur isə 47,8 dərəcə ilə Şanlıurfada qeydə alınıb.

“İki sahil” xəbər verir ki, ölkənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş Müdirliyinin məlumatına görə, ötən ay orta temperatur Ağrı Doğubəyazıt ətrafında mövsüm normaları ətrafında, ölkənin digər yerlərində isə mövsüm normalarından yüksək olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”