13 iyul 2024 12:34
425

İranlı futbolçu "İnter"də

İtaliyanın "İnter" kollektivi tarixində ilk dəfə iranlı futbolçu transfer edib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan təmsilçisi Mehdi Taremi ilə 3 illik müqavilə bağlayıb.

31 yaşlı hücumçunun sonuncu klubu Portuqaliya təmsilçisi "Portu" olub.

İran millisinin də şərəfini qoruyan M.Taremi 86 matçda 49 qol vurub.