12 iyul 2024 21:30
374

"Çelsi" onunla 7 illik müqavilə imzaladı

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, "zadəganlar" müdafiəçi Renatu Veyqi ilə 7 illik müqavilə bağlayıb.

Qeyd edək ki, son mövsümü İsveçrə təmsilçisi "Bazel"də keçirən 20 yaşlı portuqaliyalı oyunçu meydana çıxdığı 26 matçda 2 qol vurub.