İkinci dəfə Paralimpiadada iştirak edəcəyəm. Bu hissləri yenidən yaşamaq çox xoşdur.
“İki sahil” Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istnadla xəbər verir ki, bu sözləri Paris-2024-ə lisenziya qazanan paraatlet Rüfət Rəfiyev söyləyib.
O, indi daha təcrübəli olduğunu deyib:
"Rio-2016-da debüt etmişdim. İndi daha təcrübəli idmançıyam. Məqsədim yaxşı nəticə qazanmaqdır. Məşqlərimi tam sürətlə davam etdirirəm. Vətənimi layiqincə təmsil etməyə çalışacağam".