125 seçki dairəsindən artıq 104 seçki dairəsi üzrə 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iclasında məlumat verib.
Məzahir Pənahov deyib ki, deputatlığa namzidliyi irəli sürülən 307 nəfərdən 150-nin namizədliyi təsdiqlənib, onlardan 114 nəfərə imza vərəqi verilib.
Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir